Səfir: “Əfqanıstanın hazırkı prezidenti Əmrullah Salehdir”

Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əğbar avqustun 18-də keçirdiyi mətbuat konfransında ölkənin Birinci vitse-prezident Əmrullah Salehi ölkənin qanuni prezidenti elan edib.
Sozcu.info “Radio Ozodi”yə istinadla xəbər verir ki, Düşənbədə keçirilən mətbuat konfransında səfir ölkənin Əsas Qanununa istinad edib: "Konstitusiyaya əsasən, prezident fəaliyyət qabiliyyətli olmadığı halda, onun yerini Birinci vitse-prezident tutur".
Səfir Əşrəf Qəninin qaçışını "dövlətə və millətə xəyanət" adlandırıb və eks-prezidentin "Əfqanıstan xalqına məxsus olan 169 milyon dolları özü ilə apardığını" söyləyib.
Xatırladaq ki, Əmrullah Saleh Əfqanıstan prezidentinin qaçışından 2 gün sonra, avqustun 17-də “Twitter” səhifəsində dəstək və konsensus əldə etmək üçün bütün liderlərlə əlaqə saxladığını yazıb.
"Əfqanıstan Konstitusiyasına görə, prezidentin yoxluğu, qaçışı, istefası və ya ölümü halında Birinci vitse-prezident müvəqqəti prezident olur. Hazırda ölkəmdəyəm və qanuni şəkildə müvəqqəti prezidentəm".


Oxşar Xəbərlər

Xəbər lenti