“Türkiyəyə müəyyən şərtlə kömək edə bilərik“ - Rus məmur

"Rusiya Türkiyəyə beşinci nəsil döyüş təyyarələri yaratmaqda kömək edə bilər".
Sozcu.info xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin (FSMTC) rəhbəri Dmitri Şuqayev bildirib.
Onun sözlərinə görə, Ankaraya yardım müəyyən şərt daxilində olacaq:
"Əlbəttə, milli maraqlarımıza xələl gətirməyəcəyimiz seqmentlərdə onlara kömək edə bilərik".
Dmitri Şuqayev Rusiyanın yalnız öz istehlakı üçün nəzərdə tutulan nou-hauya malik olduğunu deyib. "Hələlik hansı sahələrdə, məsələn, təyyarədəki avadanlıqları və ya başqa bir şeydə yardım göstərilə biləcəyimiz hələlik aydınlaşdırılmayıb".


Oxşar Xəbərlər

Xəbər lenti