Rusiyadan Türkiyəyə dəstək: Dollardan imtina etdi

Rusiyadan Türkiyəyə dəstək: Dollardan imtina etdi

 

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə ilə ticarətdə bundan sonra türk lirəsi və rubldan istifadə ediləcəyini açıqlayıb.

Sozcu.info xarici mediaya istinadən xəbər verir ki, Peskov Rusiya Türkiyə ilə ticarətdə milli pul vahidlərini əsas götürəcəyini və dollarlardan imtina edəcəklərini bildirib. Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin, İran, Ukrayna və Rusiya kimi ticarət tərəfdaşları ilə milli pul vahidləri ilə ticarət edəcəklərini açıqlamışdı. Dmitri Peskov həmçinin, Türkiyənin son iqtisadi və maliyyə vəziyyəti iki ölkənin birgə layihələrini təsir etməyəcəyini, Rusiyanın Türkiyəyə dəstəyi mövzusunda da heç kimin şübhə etməməsinin lazım olduğunu vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti