Putin 5 generalı vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin bir neçə yüksək rütbəli məmurunu vəzifələrindən azad edib. 
Sozcu.info xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, 5 general bir anda vəzifələrindən uzaqlaşdırılıb. Onlar içərisində Moskva polisinin rəis müavinləri, həmçinin, Daxili İşlər Nazirliyinin mərkəzi aparatında yüksək vəzifələr tutan 2 general var.
Məlumata görə, onlardan bəziləri bir neçə il əvvəl cinayət təqibinə məruz qalan Kamçatka polis rəisinə “kupça” verdikləri üçün vəzifələrini itiriblər.


Oxşar Xəbərlər

Xəbər lenti