Rusiyada son gündə virusdan ölənlərin sayı açıqlandı

Rusiyada koronavirusdan ölənlərin sayı son gündə 795 nəfər artıb.
Sozcu.info xəbər verir ki, bu barədə ölkənin Koronavirusaqarşı mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Beləliklə, Rusiya Federasiyasında pandemiya başlayandan bəri virusdan ölənlərin ümumi sayı 183.224 nəfərə çatıb.
Eyni zamanda, 18.713 yeni yoluxma halı müəyyən olunub.
COVID-19-a yoluxanların ümumi sayı 6.916.965 nəfərə çatıb.


Oxşar Xəbərlər

Xəbər lenti