29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Ağcabədidə bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sozcu.info xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar olaraq iyunun 9-da saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin Heydər Əliyev prospekti, Həzi Aslanov, Eynulla İsmayılov, Xəlil Səfərəliyev, Vaqif və Vidadi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.