Əşrəf Qaninin adından ""Taliban"ı tanıyın" deyə paylaşım edildi

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin feysbuk hesabından “Taliban”ı dəstəkləyən paylaşım edilib.
Sozcu.info xəbər verir ki, Əşrəf Qani həmin paylaşımların özü tərəfindən edilmədiyini, hesabının ələ keçirildiyini deyib: “Dünəndən bəri feysbuk hesabım hakerlər tərəfindən hücuma məruz qalıb. Edilən paylaşımlar mənə aid deyil”
Xatırladaq ki, “Taliban” Əfqanıstanı ələ keçirəndən sonra Əşrəf Qani Birləşmiş Ərəb Əmirliklərinə qaçmışdı.


Oxşar Xəbərlər

Xəbər lenti