Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə mitinq keçiriləcək

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçiriləcək.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, “Mişaya azadlıq!” şüarlı kütləvi aksiya saat 18:00-da Azadlıq meydanında təşkil olunacaq.
Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq.
Meydanda səhnə və monitorun quraşdırılmasına başlanılıb.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidəki 12 saylı həbsxanadadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.


Oxşar Xəbərlər

Xəbər lenti