Gürcüstanın Baş naziri istefası ilə bağlı məlumatlara münasibət bildirib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefaverəcəyi barədə yerli mətbuatda yayılan məlumatları təkzib edib.
Sozcu.info-un yerli bürosunun məlumatına görə, bu barədə o, jurnalistlərin sualına cavabında bildirib.
“Baxmayaraq ki, hakim partiya və komandamızın üzvləri bu məsələ ilə bağlı dəfələrlə açıqlama veriblər, siz təxribat və dezinformasiya yaymaqda davam edirsiniz”, - İ.Qaribaşvili söyləyib.
Qeyd edək ki, Gürcüstan mətbuatında İ.Qaribaşvilinin yerli seçkilərin ikinci mərhələsindən sonra istefa verəcəyi barədə məlumatlar yer alıb. İkinci turun oktyabrın 30-da keçiriləcəyi gözlənilir.


Oxşar Xəbərlər

Xəbər lenti