Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
PAŞİNYAN MOSKVANIN “QIRMIZI XƏTTLƏRİNİ” TAPDAYIR –
Putinin “saatlarımızı birgə quraq” xəbərdarlığı nəticə verəcəkmi?
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 10-da Moskvaya əvvəlcədən elan olunmamış səfərə gedərək, Prezident Vladimir Putinlə görüş keçirib.
Kremlin rəsmi saytında dərc olunmuş məlumatda Putinin dəvəti qəbul edib gəldiyi üçün Paşinyana təşəkkür etdiyi yazılıb. Prezident əlavə edib ki, onlar daim telefonla əlaqə saxlasalar da, üzbəüz görüşlər daha nəticəli olur:
“Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz həm rəsmi, həm də qeyri-rəsmi formatda söhbət edəcəyik. Biz nahar edəcək, hazırkı məsələləri müzakirə edəcək və planlarımız barədə danışacağıq. Bizim tezliklə MDB sammitimiz olacaq. Mən istərdim ki, biz saatlarımızı buna, həm də əlbəttə, regionda bugün üçün və uzun perspektiv üçün tənzimləmə də daxil əsas əməkdaşlıq məqsədlərimizə uyğun quraq”.
Putinin dediklərindən məlum olur ki, o Paşinyanı Moskvaya çağırtdırıb və şübhəsiz ki, bunun çox ciddi səbəbləri var. Pandemiya şəraitinə görə rəsmi görüşlərini minimuma endirən Kreml rəhbərinin yəqin ki, Ermənistanın Baş nazirinə birbaşa demək istədiyi vacib məsələlər olub.
Maraqlıdır, İrəvanın davranışlarında Rusiyanı narahat edən hansı məsələlər ola bilər?
Putin görüşün rəsmi hissəsində N.Paşinyana xitabən
"saatlarımızı birgə quraq"
ifadəsi işlətməsi bəzi bəzi mətləblərə aydınlıq gətirməyə imkan verir.
Kreml rəhbərinin bu cümləsi ilk növbədə N.Paşinyanın Rusiyanın maraqlarından kənar fəaliyyətlərlə məşğul olmasına işarədir. Bura İranla Moskva ilə razılaşdırılmayan əlaqələr və Azərbaycanla gərginlik fonunda onu daha da sıxlaşdırmaq cəhdləri, İrəvanın da istədiyi kimi Minsk Qrupunun Azərbaycan-Ermənistan münaqişəsində vasitəçiliyə təkrar qayıtması, Paşinyanın Türkiyə ilə sərhədlərin açılması məsələsində Gürcüstan rəhbərliyini vasitəçi kimi prosesə qoşması, nahəyət, Azərbaycan rəhbərliyi ilə birbaşa təmaslara cəhd etməsi daxildir.
Xatırladaq ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb, iki gün əvvəl Ararat Mirzoyan bəyan edib ki, bu formatda daha bir görüşün keçirilməsinə hazırlıq gedir. O, liderlərin görüşmsini də istisna etməyib. Bu təmas birbaşa Moskvanın vasitəçiliyi ilə baş tutmayıb. Sadalanan mövzuların hər biri ayrı-ayrılıqda Kremlin maraqlarına uyğun deyil.
Əvvəla,
Rusiya İranı Cənubi Qafqazda oyunçulardan biri kimi
görmək istəmir
. Ötən həftə İranın xarici işlər naziri Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticəsiz bitməsi bundan xəbər verir. İran Rusiyanın da maraqlı olduğu Zəngəzur dəhlizinin açılmasını qəti şəkildə istəmir. Çünki Azərbaycanı və Rusiyanı birbaşa Türkiyəyə birləşdirən bu kommunikasiya
Tehranı bölgədə tamamilə oyundakənar vəziyyətə salır.
Amma Ermənistan bu dəhlizin əleyhinədir və İrəvanın və Tehranın maraqları bu məsələdə üst-üstə düşür.
Xatırladaq ki, Naxçıvanla əlaqənin bərpa olunması müharibədən sonra imzalanmış Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatında da əks olunub. Sənəddə qeyd olunub ki, sözügedən yol Rusiya Təhlükəsizlik Xidmətinin nəzarətində olacaq. Amma Ermənistan rəsmiləri müxtəlif bəhanələrlə bu bəndi icra etməkdən yayınır. Bugünlərdə
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
İranın "Təsnim" agentliyinə müsahibəsində bunları deyib:
"Əminliklə vurğulamaq istəyirəm ki, nə bəyanatda, nə də görüşlərdə dəhlizdən bəhs olunmur. Əksinə, Azərbaycan tərəfi dəfələrlə bu (Zəngəzur - red.) dəhlizlə bağlı məsələ qaldırıb. Vurğulamaq istərdim ki, Ermənistan dəhlizlə bağlı heç vaxt heç bir müzakirə aparmayıb, aparmır və aparmayacaq da. Marşrutların açılması məsələsi həm atəşkəslə bağlı 9 Noyabr 2020, həm də 11 yanvar 2021-ci il bəyanatlarında əks olunub. Bu iki sənədə görə, Ermənistan Mərkəzi Asiya və Rusiyaya çıxış üçün Azərbaycan ərazisindən də istifadə edə bilər, yəni biz Azərbaycanın avtomobil və dəmir yollarının imkanlarından və infrastrukturundan Orta Asiya və Rusiyaya daxil olmaq və qoşulmaq üçün istifadə edə bilərik. Azərbaycan da Naxçıvanla Ermənistan vasitəsilə əlaqə qura bilər".
Ehtimal etmək olar ki, Ermənistanın bu variasiyaları Rusiya rəhbərliyini hövsələdən çıxarıb və Putin Moskvada Paşinyana bu öhdəliyi xatırladaraq onun icrasını tələb edib.
Daha sonra İran-Ermənistan əlaqələrini təmin edən
Gorus-Qafan yolunun
Qubadlı rayonundan keçən 21 kilometrlik hissəsinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi Tehran və İrəvanı yeni ticarət yolu yaratmağa vadar edib. Hazırda iki ölkə rəsmiləri mütəxəssislərin iştirakı ilə
Meğridən, çətin dağ reyleflərini aşmaqla
yeni yolun inşasını müzakirə edirlər. İran bu marşrutla həm Ermənistana, həm də Qara dənizə maneəsiz çıxış əldə etmək istəyir.
Şübhəsiz ki, İrəvanın bu "özfəaliyyəti" də Moskvanın xoşuna gəlmir, Kremlin bu barədə narazılığı Moskvada Paşinyanın nəzərinə çatdırılıb.
Rusiya Paşinyanın Türkiyə ilə sərhədlərin açılması və əlaqələrin bərpa olunması cəhdlərindən də qıcıqlanır. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, iki ölkənin münasibətlərinin normallaşdırılmasında vasitəçilik etməyə hazırdır.
Bu bəyanatın diplomatik dildən tərcüməsi o deməkdir ki, proses ancaq Moskvanın patronajlığı altında mümkündür. Yəni, biz istəməsək, bu əlaqələr bərpa oluna bilməz.
Paşinyan isə Moskvaya yox,
Tbilisiyə üz tutaraq Türkiyə rəhbərliyinə mesajlarını bu kanal vasitəsi ilə
çatdırıb. Bunu Türkiyə lideri R.T.Ərdoğan ictimaiyyətə açıqlayıb. Yəqin ki, Putin Paşinyanla söhbətin qeyri-rəsmi hissəsində bu barədə mövqeyini ona açıq şəkildə ifadə edib. Nəhayət, Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan Ermənistan danışıqlarının start götürməsi də yeni situasiya yaradır. Məlumdur ki, müharibə bitdikdən sonra Paşinyan təkidlə vasitəçilərin prosesə qayıtmasını istəyib və bu sahədə Fransa və ABŞ-la fəal iş aparıb.
Rusiya həmsədrlərdən biri olsa da indiki status-kvonun pozulmasında o qədər də maraqlı deyil. Yəni Vaşinqton və Parisin bölgəyə qayıtmasını istəmir və bu məsələdə Bakı və Moskvanın maraqları üst-üstə düşür. İrəvan isə Minsk Qrupunda daha çox Qərb tərəfdaşları ilə işləyir, Putinin təbirincə desək "saatlarını Moskva ilə birgə qurmur".
Güman etmək olar ki, Rusiya Prezidenti prosesin başlanğıcında Paşinyanı açıq şəkildə xəbərdar etməyə ehtiyac görüb ki, İrəvan heç bir halda Moskvanın cızdığı xəttdən kənara çıxmamalıdır. Yəni, vasitəçilərin təkliflərinə Kremlin razılığı olmadan
"hə"
demək olmaz.
Bu kontekstdə başqa bir məsələ 10 noyabr bəyanatının icra olunması ilə bağlı ola bilər. Təxminən 1 ay sonra 44 günlük müharibənin bitməsindən 1 il ötəcək və bu zaman kəsiyində atəşkəs sənədinin
3 maddəsi
icra olunmur. Bu isə Azərbaycanın ciddi narazılığı ilə qarşılanır və Moskva qarşısında problem tez-tez qaldırılır. Ehtimal etmək olar ki, yaxın həftələrdə Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin iştirakı ilə sammit keçirilsin və yeni razılaşmalarla bağlı birgə bəyanat qəbul edilsin. Bu, Minsk Qrupunu qabaqlamaq, tərəflərə təsir imkanlarını saxlamaq üçün Moskvaya lazımdır. Rusiya rəhbəri ilə görüşdə Paşinyan bildirib ki, belə tez-tez keçirilən görüşlər münasibətlərin dinamikasına və ikitərəfli stateji, müttəfiqlik münasibətlərinin qarşılıqlı dərk olunmasına xidmət edir:
“Əlbəttə, təəssüf ki, biz hələlik regionda tam stabilləşmədən danışa bilmirik. Sizin də qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır. Aydındır ki, Rusiya münaqişənin həllində və regionda ümümi təhlükəsizliyin təminatında ATƏT-in Minsk Qrupunun həmsədri kimi əsas rol oynayır. Təbii ki, bütün bu problemlərin hamısı mühümdür. Bunlar əsas məsələlərdir və mən şadam ki, bizim bütün bu gündəliyi müzakirə etmək imkanımız olacaq”.
Moskvadan qayıtdıqdan sonra isə Ermənistanın Baş naziri Putinlə görüşünü məhsuldar və səmərəli adlandırmaqla kifayətlənib. Onun Kremlin şərtlərini və tələblərini nə dərəcədə yerinə yetirəcəyini isə zaman göstərəcək.
Oxşar Xəbərlər
Putin və Paşinyan Qarabağla bağlı üçtərəfli bəyanatların icrasını müzakirə edəcək
Putinlə Makron telefonla danışdı
Paşinyan Rusiyada Putinlə görüşəcək
Putin və Paşinyan Qarabağı müzakirə etdilər
Xəbər lenti
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi