Gürcüstanda koronavirus statistikası: 29 nəfər öldü

Gürcüstanda son sutkada daha 4 411 nəfərdə koronavirus aşkarlanıb, 29 pasiyent vəfat edib.
Sozcu.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Ötən 24 saat ərzində daha 2 896 nəfər sağalaraq evə buraxılıb.
Gürcüstanda indiyədək COVID-19-a 680 182 nəfər yoluxub. Onların 622 181-i sağalıb, 9 617-si isə dünyasını dəyişib. 


Oxşar Xəbərlər

Xəbər lenti