ABŞ-da ticarət mərkəzində atışma olub, ölənlər və yaralananlar var

ABŞ-ın Boyse şəhərində (Aydaho ştatı) ticarət mərkəzində atışma olub.
Sozcu.info məlumatına görə, bu barədə yerli polis idarəsinin nümayəndəsi mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, atışma nəticəsində biri polis olmaqla azı altı nəfər xəssarət alıb: "Təəssüf ki, onlardan ikisi də həlak olub".
Nümayəndə əlavə edib ki, yaralanan polis əməkdaşı ölənlər arasında deyil.
Bildirilir ki, atış açan şəxs polislər tərəfindən saxlanılıb.
İnsidenin araşdırılması ilə yerli polis idarəsi, Federal Təhqiqat Bürosu və Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı maddələr Bürosu məşğul olur.


Oxşar Xəbərlər

Xəbər lenti