Gürcüstanda müxalif deputatlar mandatlarından imtina edirlər

Gürcüstan parlamentində müxalifəti təmsil edən iki deputat - “Qirçi - Daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze və Vahid Milli Hərəkat Partiyasının üzvü Nona Mamulaşvili mandatlarından imtina edir.
Sozcu.info “Report”a istinadən xəbər verir ki, buna səbəb onların oktyabrın 30-da keçirilmiş yerli seçkilərin ikinci mərhələsinin nəticələrini tanımamasıdır.
Hər iki deputat mandatlarının dayandırılması ilə bağlı yaxın günlərdə qanunverici orqana müraciət edəcəklər.
Qeyd edək ki, ötən gün “Lelo” Partiyasının sədri, deputat Mamuka Xazaradze də parlamenti tərk edəcəyini bildirib. Gürcüstanın keçmiş prezidenti, hazırda Rustavi həbsxanasında saxlanılan Mixeil Saakaşvili digər müxalif deputatları M.Xazaradzedən nümunə götürməyə çağırıb. O, tərəfdarlarını növbədənkənar parlament seçkilərinə nail olmağa səsləyib.


Oxşar Xəbərlər

Xəbər lenti