"Qafqaz buzlaqlarının 40 faizini itirib" - Qaribaşvili

Gözəl dağları, buzlaqları və çayları ilə tanınan Qafqaz artıq buzlaqlarının 40 faizini itirib. Təkcə son iki onillikdə Şərqi Gürcüstanda itkilərin sayı 20-ci əsrin sonunda edilən təxminləri üstələyib.
Sozcu.info xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.
Qlobal təbii fəlakətlərin qarşısını almaq üçün bütün ölkələrin mümkün olan ən effektiv şəkildə mübarizə aparmalı olduğunu deyən Qaribaşvili BMT baş katibinin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Şuraya təqdim etdiyi son hesabatı tam şəkildə dəstəklədiklərini qeyd edib.
Qaribaşvili konfransın nəticələrinin bütün dünya üçün kritik əhəmiyyət daşıdığını söyləyib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}