Bizi qarşıda post-seçki inqilabı gözləyir - Saakaşvili

Gürcüstan seçki sonrası inqilab astanasındadır”.
Sozcu.info xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin feysbuk hesabında paylaşılan məktubda yazılıb.
“Oktyabrın 30-u Gürcüstanda seçki inqilabı oldu. İnsanlar seçki qutularında avtoritarizmə qalib gəldilər. İndi bizi qarşıda seçki inqilabının nəticələrini formalaşdıracaq post-seçki inqilabı gözləyir”, - deyə məktubda vurğulanıb.
 
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turundan sonra Saakaşvili müxalifəti etiraz əlaməti olaraq parlamenti tərk etməyə çağırıb. “Vahid Milli Hərəkat” partiyası başda olmaqla müxalifət birliyi seçkilərin saxtalaşdırıldığını iddia edərək seçkilərin nəticələrini tanımaqdan imtina edib.


Oxşar Xəbərlər

Xəbər lenti