Saakaşvili tibbi yardımdan imtina etdi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili aclıq aksiyası zamanı yemək yediyi videodan sonra tibbi yardımdan imtina edib.
Sozcu.info xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze bildirib.
"Mixeil Saakaşvili dərman qəbul etməkdən, analizlərdən və qan köçürməkdən imtina edib. Bu, faciədir. Çünki bəzi göstəricilər pisləşir", - deyə o qeyd edib.
Kipşidze Gürcüstanın eks-prezidentinin qərarının daha əvvəl dərc olunmuş video ilə bağlı olub-olmaması sualına müsbət cavab verib.


Oxşar Xəbərlər

Xəbər lenti