Saakaşvili helikopterlə həbsxanadan çıxarılıb

Gürcüstanın 39 gündür aclıq elan edən eks-prezidenti Mixail Saakaşvili Rustavidəki 12 saylı həbsxanadan köçürülüb.
Sozcu.info gürcü mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında siyasətçinin anası Giuli Alasaniya bildirib. O qeyd edib ki, həbsxanaya oğluna baş çəkməyə gedərkən içəri buraxılmayıb. Məlum olub ki, Saakaşvili artıq həmin həbsxanada deyil. 
“İki zirehli maşın gəldi, daha sonra helikopter uçmağa başladı”, - deyə Alasaniya bildirib. 
 
“Pirveli” kanalının məlumatına görə, Saakaşvili helikopterlə Qori hərbi hospitalına aparılır. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}