Tbilisidə Zəfər Günü münasibətilə tamaşa səhnəyə qoyulub

“Era” teatrının yaradıcı heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə “Cənnətdən gələn məktublar” tamaşasını səhnələşdirib.
Azərbaycan dilində hazırlanan səhnə əsəri Tbilisidəki Akaki Xorava adına Aktyorlar Evində nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru və pyesin müəllifi Anar Rafiqoğludur. Əsas mövzusu vətənpərvərlik və şəhidlik olan tamaşada əsas rolları Binəli İslamoğlu və Elnur Vəlizadə ifa edib.
Əsərin ana xətti isə şəhid olmuş ata və oğulun dialoqu, atanın qızına ünvanladığı məktub üzərində qurulub.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə baş tutan tamaşanı izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin və Dövlət Komitəsinin əməkdaşları, azərbaycanlı icmasının üzvləri, iş adamları, gənclər və ziyalılar olub.

 






Oxşar Xəbərlər

Xəbər lenti