Sabiq baş nazirin ölkədən çıxışına qadağa qoyuldu

Bişkek məhkəməsi Qırğızıstanın keçmiş baş naziri Temir Sarıyevin həbs-qətimkan tədbirini ölkədən getməmək barədə şəhadətnamə ilə əvəz edib.
Sozcu.info TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Sariyev 2015-2016-cı illərdə hökumətə rəhbərlik edib. Sabiq nazir cari ilin avqustun 3-də Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı ölkənin ən böyük qızıl mədəni “Kumtor”un işlənməsi zamanı korrupsiya sxemlərində iştirakla bağlı ittiham irəli sürülüb.


Oxşar Xəbərlər

Xəbər lenti