Gürcüstanda standartdan böyük körpə doğulub

Gürcüstanın Kutaisi şəhərində özəl klinikalardan birində 5 kiloqram 100 qram çəkidə körpə anadan olub.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, ana və körpə özünü yaxşı hiss edir.
Oğlan uşağı hamililəyin 36-cı həftəsində dünyaya gəlib. “Pəhləvan” körpəyə Mose (Moisey) adı qoyulub.
Həkimlər isə uşağı “Qoliaf” adlandırıblar. Müqəddəs Bibliyaya görə, Qoliaf boyu 2,77 metr olan nəhəng qəhrəman olub.
Qeyd edək ki, ötən ilin noyabrında da Kutaisidə böyük körpə doğulub. Oğlan uşağının çəkisi 5 kiloqram təşkil edib.


Oxşar Xəbərlər

Xəbər lenti