Rusiyada koronavirusdan sağalanların sayında rekord qeydə alınıb

Ötən 24 saat ərzində Rusiyada koronavirusdan 38 450 nəfər sağalıb. Bu da indiyədək qeydə alınmış ən yüksək gündəlik rəqəmdir.
Sozcu.info Rusiya KİV-ə istinadən xəbər verir ki, həmçinin ötən gün ölkədə koronavirusa 33 796 nəfər yoluxub, 1238 nəfər də ölüb.
Bütövlükdə indiyədək Rusiyada 9 468 189 nəfər koronavirusa yoluxub. Bunlardan da 269 057 nəfəri ölüb, 8 164 826 nəfər isə sağalıb.


Oxşar Xəbərlər

Xəbər lenti