Rusiya 96 saata Baltik respublikalarını işğal edə bilər - İddia

Rusiya 96 saat ərzində üç Baltik respublikasını işğal edə bilər.
Sozcu.info xəbər verir ki, Amerikanın “War on the Rocks” portalı rus ordusunun logistika imkanlarını araşdırıb.
ABŞ ordusunun istefada olan polkovniki, 10 ilə yaxın İraq, Əfqanıstan və Cənubi Koreyada xidmət keçmiş Aleks Verşinin məqaləsində Rusiya ordusunun 96 saat ərzində üç Baltik respublikasını işğal edə biləcəyini iddia edib.
Məqalədə deyilir ki, Rusiya ordusu əməliyyatların ilk günlərdə qarşıya qoyulan vəzifələri yerinə yetirə bilər, lakin daha sonra material-texniki təchizatla bağlı problemlər yaranacaq və döyüş əməliyyatlarına fasilə veriləcək.
"Rusiya özünün həyati əhəmiyyətli nəqliyyat infrastrukturunu yeniləmədən qarşıya qoyulan vəzifəni tam ölçüdə yerinə yetirə bilməz", - Aleks Verşinin vurğulayıb. 


Oxşar Xəbərlər

Xəbər lenti