Lavrovdan KƏSKİN SÖZLƏR: Sərhəddə gərginliyi bu ölkə artırır

"ABŞ Rusiyanın ətrafında hərbi bazalar yerləşdirib, daim isterikanı qızışdırır və Rusiya tərəfini öz ərazisində təlimlər keçirməsinə görə qınayır".
Sozcu.info xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
XİN rəhbəri Vaşinqtonu Rusiya Federasiyasının sərhədində gərginliyin artmasında ittiham edib: "Rusiya Silahlı Qüvvələrini öz suveren ərazilərimizdə keçirilən təlimlərdə ittiham edirlər. Hansı ki, bu ölkələr sərhədlərimizə xaricdən çoxlu sayda qoşun və hərbi texnika yığıblar, ABŞ-ın bizi bu şəkildə mühasirəyə alması faktı var. Bütün bunlar hər kəsə məlumdur".
Lavrov Qərbin bəyanatlarını əsassız adlandırıb. O, Qərb tərəfdaşlarının "öz hegemonluğunu qorumaq" cəhdinin tarixin obyektiv gedişatına zidd olduğunu qeyd edərək çoxqütblü dünya nizamının formalaşdığına diqqət çəkib. "Biz bütün çoxtərəfli prosesin razılıqlar və konsensus həlləri axtarışına cəmlənməsini müdafiə edəcəyik", - deyə Rusiyanın baş diplomatı qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti