“Gürcüstan “3+3” formatında iştirak imkanını nəzərdən keçirmir” - XİN

Gürcüstan “3+3” formatı çərçivəsində dekabrın 10-da Moskvada keçiriləcək ilk toplantıda təmsil olunmayacaq.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Qeyd olunub ki, Gürcüstan bu əməkdaşlıq formatında iştirak imkanını nəzərdən keçirmir.
“XİN 3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı aydın mövqeyini dəfələrlə ifadə edib. Biz bu formatda iştirakı nəzərdən keçirmirik və buna müvafiq olaraq dekabrın 10-na təyin edilmiş görüşdə təmsil olunmayacağıq”, - sənəddə deyilir.


Oxşar Xəbərlər

Xəbər lenti