Həkim: "Saakaşvilini psixiatr müayinə edəcək"

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhəti psixiatr tərəfindən qiymətləndiriləcək.
Sozcu.info xəbər verir ki, bu barədə Gürcüstan Ombudsmanı yanında yaradılmış tibbi şuranın üzvü, həkim Qriqol Qriqoliya jurnalistlərə məlumat verib.
"Bizdə məlumat var ki, o, külli miqdarda psixotrop maddə qəbul edir, ona görə də sabiq prezidentin Qori xəstəxanasına baş çəkməsinə ehtiyac yaranıb. Çünki biz konkret araşdırma aparmalıyıq", - Qriqoliya keçmiş prezidenti ziyarət etdikdən sonra deyib.
Saakaşvilinin qohumları və dostları dəfələrlə sabiq dövlət başçısının depressiyaya düşdüyünü bildiriblər. Bundan əlavə, ona böyük dozada psixotrop iynələr vurulduğu bildirilir.


Oxşar Xəbərlər

Xəbər lenti