İranın nüvə proqramına dair danışıqlar bərpa edilir

İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı birgə komissiya bu gün Vyanada fəaliyyətini bərpa edəcək.
Sozcu.info xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Əli Bağıri tviter səhifəsində paylaşım edib.
“Dünən başqa nümayəndə heyətləri ilə məşvərətimizdən sonra mövcud vəziyyəti dəyərləndirərək irəli getməyin yollarını müzakirə etmək üçün Enrike Mora ilə görüşümüz olub. Bu həftə xeyli irəliləyişə nail olmuşuq. Bir neçə günlük fasilədən sonra bu gün Birgə Komissiyanı toplayaraq danışıqları davam etdirəcəyik”.
Xatırladaq ki, JCPOA ilə bağlı birgə komissiyanın dekabrın 9-dakı son iclası danışıqların 7-ci mərhələsi çərçivəsində sayca ikinci görüşdür. Noyabrın əvvəlindən başlayan bu mərhələnin başlıca gündəliyi İrana qarşı ABŞ sanksiyalarına xitam verilməsidir.


Oxşar Xəbərlər

Xəbər lenti