Gürcüstanda daha 2 195 nəfərdə COVID-19 aşkarlanıb

Gürcüstanda son sutkada koronavirusa 2 195 yeni yoluxma halı təsdiqlənib, 47 nəfər vəfat edib.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19-a 909 160 nəfər yoluxub, onların 13 071-i dünyasını dəyişib.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 4 319 nəfər artaraq 858 949-a yüksəlib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}