Türkiyədə silsilə terror aktlarının qarşısı alınıb

Türkiyə polisi ötən gün azı doqquz əcnəbi terrorçunu İŞİD terror qruplaşmasına qoşulmaqda şübhəli bilinərək saxlayıb. Bu barədə "Sabah" qəzeti xəbər verir.
Nəşrin mənbələrinin məlumatına görə, həmin şəxlər terror aktları hazırlayırmış. Onlar İstanbulun 5 rayonunda polisin keçirdiyi antiterror reydləri zamanı saxlanılıb, hücumların təşkili ilə bağlı elektron təbliğat materialları və sənədlər də ələ keçirilib. TASS yazır ki, saxlanılanların milliyyəti qeyd olunmur.


Oxşar Xəbərlər

Xəbər lenti