Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcək

Gürcüstan parlamentinin bu gün keçiriləcək növbədənkənar iclasında yeni spiker seçiləcək.
Sozcu.info xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının fraksiyası sədr postuna Şalva Papuaşvilinin namizədliyini irəli sürüb.
Qeyd edək ki, spikerin seçilməsi üçün 76 deputatın səsi tələb olunur.
Qanunverici orqanın keçm sədri Kaxa Kuçava dekabrın 24-də istefa verib. Ş.Papuaşvili X çağırış parlamentinin üçüncü spikeri olacaq. O, 2020-ci ilin oktyabrında deputat seçilib, bu ilin martından Təhsil və elm komitəsinin rəhbəridir. 


Oxşar Xəbərlər

Xəbər lenti