Əfqanıstanın baş naziri taliblərin əlindən ağlayır

Əfqanıstanda iqtidara gələn Taliban hərəkatının baş naziri Məhəmməd Həsən Axund öz tərəfdarları içində xeyli “naqis” insan olduğunu söyləyib.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bır sıra hərəkat nümayəndələrinin əməlləri, şəxsi ambisiyaları baş naziri o qədər mütəəssir edib ki, o hətta ağlamaq dərəcəsinə gəlib.
“Yuxuda Məhəmməd peyğəmbəri gördüm və o, mənə ümmətimin həlak olduğunu dedi. Mən artıq neçə gündür yata bilmirəm. Peyğəmbərimiz mənə ümmətimizin tövbə etməsini və təqvalı olmasını tapşırdı”,-deyə Axund bildirib.

Bundan başqa, yeni baş nazir talibləri insanlaırn hüquqlarına hörmət etməyə çağırıb. “Sputnik” portalının verdiyi xəbərə əsasən, o, hətta bütün bunları danışarkən gözünü yaşını saxlaya bilməyib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}