NATO-ya üzvlük Kiyevə problem yaradacaq

Ukraynanın Şimali Atlantika Alyansına daxil olması Kiyevin özü üçün mənfi nəticələrə səbəb olacaq.
Sozcu.info Axar.az-a istinadən xəbər verir ki, bu fikri ABŞ və Rusiya arasında Konsensus üzrə Amerika Komitəsinin vitse-prezidenti Katrina vanden Hoyvel deyib.
"Qərb başa düşməlidir ki, Kiyevi NATO-ya qəbul etmək cəhdləri Ukrayna daxilində dərin tarixi parçalanmalara səbəb olacaq və Rusiyanın narahatlığını artıracaq", - deyə o bildirib.
Amerikalı ekspert Ağ Evi Rusiyaya qarşı sanksiya çağırışlarına və Moskvaya münasibətdə qarşıdurma mövqeyinin güclənməsinə qarşı xəbərdar edib.
"Bu, son dərəcə təhlükəlidir və Birləşmiş Ştatların maraqlarına uyğun deyil", - o vurğulayıb.
 
Onun fikrincə, yalnız ağlabatan dialoq və siyasi nizamlanma Ukraynanı uzunmüddətli sabitlik və sülh yoluna qaytarmağa kömək edəcək.


Oxşar Xəbərlər

Xəbər lenti