Nazarbayevin ömürlük vəzifələri ləğv edildi

Qazaxıstan parlamentinin aşağı palatası Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına (QXA) və ölkənin Təhlükəsizlik Şurasına ömürlüksədrlik etməsini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.
Sozcu.info "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə deputat Kanat Nurov məlumat yayıb.
Onun sözlərinə görə, Konstitusiya qanunlarına lazım olan bütün düzəlişlər Senata göndərilib.
İndi QXA və Təhlükəsizlik Şurasına sədrlik haqlı olaraq prezidentə məxsusdur - vəzifəyə görə, şəxsiyyətə görə deyil.


Oxşar Xəbərlər

Xəbər lenti