“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir” - Lavrov

“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunan konfransda çıxışında deyib.

Onun sözlərinə görə, Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır. XİN başçısı bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.
O eyni zamanda vurğulayıb ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”.
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.


Oxşar Xəbərlər

Xəbər lenti