Gürcüstan Avropa Məhkəməsində Rusiyanı növbəti dəfə udub

Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci ilin avqust müharibəsi ilə bağlı Rusiyanın Gürcüstana qarşı şikayətlərini təmin etməyib.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə bildirib.
Onun sözlərinə görə, məhkəmə Rusiyanın Tsxinval bölgəsində yaşayan sakinlərin adından təqdim etdiyi 370 fərdi şikayəti qəbuledilməz hesab edib: “Strasburq məhkəməsi Gürcüstan tərəfinin müharibə zamanı Tsxinval bölgəsinin Rusiya tərəfindən fəal şəkildə bombalanması və Gürcüstan Silahlı Qüvvələrinin bölgəyə nəzarət həyata keçirmədiyi ilə bağlı arqumentlərini bölüşüb. Buna görə də hər hansı bir pozuntunu Gürcüstana aid etmək mümkün olmayıb”.
Nazir qeyd edib ki, şikayətlər əsassız hesab olunub və iddialar hər hansı bir sübutla əsaslandırılmayıb.


Oxşar Xəbərlər

Xəbər lenti