Azərbaycan Gürcüstanla ədliyyə sahəsində memorandum imzalayacaq

Gürcüstanın ədliyyə naziri Rati Breqadze Avropa Şurasının İtaliyada təşkil etdiyi konfrans çərçivəsində azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüş keçirib.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, bu barədə gürcü nazir “İmedi” telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, görüş zamanı hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib: “Görüş çox səmimi keçdi. Nazirliklər arasında memorandumun imzalanması planlaşdırılır. Sənəd yəqin ki, ən geci fevral ayında imzalanacaq. Biz memorandumla tənzimlənməli olan yeni sahələri də müəyyən etdik”.


Oxşar Xəbərlər

Xəbər lenti