8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstan hökuməti bir həfətdən sonra “Borjomi” mineral su şirkətinin səhm paketinin həmsahiblərindən olacaq.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 6-da hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, bir həftədən sonra dövlət şirkətin sahiblərindən olacaq: “İqtisadiyyat Nazirliyi danışıqları demək olar ki, başa çatdırıb. Düz bir həftədən sonra hökumətin iclasında “Borjomi” səhmləri məsələsimi gündəliyə çıxaracağıq. Dövlət “Borjomi”nin həmsahiblərindən olacaq”.
Hökumət başçısı mayın 31-dən şirkətin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdikləri tətilə münasibət bildirib: “Heç bir vətəndaşımız narazı qalmayacaq. Biz hamı ilə ədalətli davranacağıq. Bütün işlərlə lazımi qaydada qərar qəbul ediləcək”.
Qeyd edək ki, bu il aprelin 29-da “IDS Borjomi Georgia” maliyyə çətinliyi ilə əlaqədar Gürcüstanda fəaliyyətini dayandırdığını elan etmişdi. Onlar bunu Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatla əlaqələndirmişdi. Mayın 19-da isə səhmlərini əvəzsiz olaraq hökumətə verməyə hazır olduğunu bildirmişdi.