Dərəcənnətdə baş verən qəzanın qaranlıq məqamlara-ŞƏKİ

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonu Çinarlı İcra nümayəndəliyində əməliyyat keçirməsi və qəsəbə icra nümayəndəsi Elçin Abbasovu həbs etməsi ciddi prosesdən xəbər verir. Belə qənaət yaranır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin diqqəti artıq ərazi icra nümayəndəliklərinə yönəlib. Əvvəllər belə rəy formalaşmışdı ki, aşağı səviyyəli dövlət idarələrində baş verənlər, kiçik məmurların əməlləri hüquq-mühafizə orqanlarının, xüsusilə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin diqqətindən kənarda qalır. Şəmkir rayonu Çinarlı İcra nümayəndəliyində əməliyyat keçirməsi və qəsəbə icra nümayəndəsi Elçin Abbasovu həbsi formalaşmış bu rəyi dağıdır.

 “Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, hüquq-mühafizə orqanlarının növbəti hədəfi Şəki rayon Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik ola bilər. Qayabaşı inzibati ərazi dairəsi üzrə Şəki şəhər icra hakimiyyəti başçısının nümayəndəsi Cabir Həsrətlidir. Məlumatda o da qeyd edilir ki, Cabir Həsrətlinin problemlə üzləşməsi Şəki Rayon Polis Şöbəsi,  Sarıca Polis Bölməsinin rəisi polkovnik  Niyazi Süleymanovun da karyerası üçün ciddi təhlükə yaradacaq. Qeyd edə ki, Sarıca Polis Bölməsi 18 kəndi əhatə edir. Bu kəndlər Şəkinin taxılçılıq ərazsiləri kimi tanınır. Şəkidə istehsal edilən taxılın böyük hissəsi bu kəndlərin üzərinə düşür. 

Qayabaşı inzibati ərazi dairəsi üzrə Şəki şəhər icra hakimiyyəti başçısının nümayəndəsi Cabir Həsrətlinin üzləşəcəyi problemlərlə bağlı redaksiyamıza daxil olan məlumatlar çox ilginc olaylar haqqında olduğu üçün ictimaiyyətə açıqlamazdan öncə geniş araşdırma aparmaq qərarı verdik. Araşdırma zamanı adları şəkilən şəxslərin, eləcə də aidiyyatı qurumların mövqelərini öyrənməyə çalışacağıq. Eyni zamanda Dərəcənnətdə baş verən qəza ilə bağlı məqamlara aydınlıq gətirməyə çalışacağıq.

G.Rzayeva,

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti