SON DƏQİQƏ! Putindən VACİB AÇIQLAMA: Bunu etmək məcburiyyətindəyik…”


Rusiya ilə Ukrayna arasında müharibənin bütün şiddəti ilə davam etdiyi bir vaxtda Rusiya lideri Vladimir Putindən tənqidi açıqlamalar gəldi. Putin bütün qlobal balansları dəyişən Ukrayna taxılı ilə bağlı danışdı...

Rusiya prezidenti Vladimir Putin Rusiya İqtisadi Forumunda çıxışı zamanı tənqidi açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan iqtisadi böhrandan danışan Putinin Ukrayna taxılı ilə bağlı dedikləri diqqət çəkib.

"Biz Ukrayna taxılının marşrutunu dəyişdirməyi düşünmək məcburiyyətindəyik", - Putin bildirib.

“Rusiyanı təcrid etməkdə heç kim uğur qazana bilməyəcək” deyən ölkə lideri dollar, avro və funta inamın azaldığını, bu valyutalardan istifadəni minimuma endirdiklərini açıqlayıb.

Qərbin iqtisadi, maliyyə və texnoloji hücumlarının öhdəsindən gəlməyə çalışan Rusiyada maliyyə bazarının tarazlı olduğunu bildirən Putin hələ də bəzi problemlərin ola biləcəyini deyib.

Rusiyanın öz milli maraqlarını müdafiə etməkdən heç vaxt əl çəkməyəcəyini xüsusi vurğulayan Putin xalqına Rusiya iqtisadiyyatına dəstəyin davam etdirilməsinin vacibliyini çatdırıb.

“Qazprom” və Çinin qaz üçün 50-50 rubl və yuan həllinə keçdiyini izah edən Rusiya dövlət başçısı ölkəsinin İran və Yaxın Şərq bazarlarına daxil olmaq üçün bir çox imkanlarının olacağını vurğulayıb.

Putin 2022-ci ilin sonuna qədər Rusiyada inflyasiyanın 12 faiz ola biləcəyini açıqlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti