8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sentyabrın 12-də İsrailin müdafiə naziri Benni Qantz İranı Suriyada qabaqcıl raketlər hazırlamaqda ittiham edib. O, deyib ki, İran İslam Respublikası Suriyadakı 10-dan çox bazada hərbi obyektlərdən istifadə etməklə silah istehsal edir və bölgədəki proksi qüvvələrini qidalandırır.Benni Qantz Suriyadakı hərbi bazaların xəritəsini göstərərək, Suriyanın dövlət qurumlarının raket və silah istehsalında İranla əməkdaşlıq etdiklərini açıqlayıb. Nyu-Yorkda keçirilən konfransda o, İranın Masyaf bölgəsindəki Suriya elmi tədqiqat və tədqiqat mərkəzini orta və uzun mənzilli raket istehsalı zavoduna çevirdiyini və onları Livan Hizbullahı və özünün bölgədəki digər proksi qüvvələrinin ixtiyarına verdiyini vurğulayıb.İsrailin müdafiə naziri bildirib ki, regionda “qorxu və dəhşət yaymaqdan” başqa məqsədi olmayan bu siyasət İraqda Amerika dornları tərəfindən öldürülən SEPAH-ın “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dövründən başlayıb və bunu dayandırmaq lazımdır.