26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Gürcüstanın Kutaisi şəhərində silahlı bir şəxs banka hücum edib.
Sozcu.info xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.
“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.
Soyğunçu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.
İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.
yeniavaz.com