8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məlum olduğu kimi son günlərin siyasi gündəmində Qırğızıstan-Tacikistan münaqişəsinin alovlanması mühüm yer tutur. Qəfil alovlanan münaqişə beyinlərdə sual doğurur.
Bu bazar ertəsi mətbuat konfransında Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib ki, Qırğızıstan sərhədçiləri Tacikistanın sərhəddə mümkün silahlı toqquşmalara dair təxribat hazırlığı barədə məlumat veriblər. Onun sözlərinə görə, hətta hücumdan iki-üç gün əvvəl sərhədçilər Tacikistan tərəfinə qeyd olunmayan ərazilərə daxil olmamaq barədə xəbərdarlıq ediblər.“Xəbərdarlıqlara baxmayaraq, onlar (taciklər) ora daxil olub atəş açmağa başlayıblar. Bir müddət sonra Tacikistan tərəfi minaatanlardan istifadə edib. Yanğın digər ərazilərə də keçib. Münaqişə bir yerdə baş verir, başqa əraziləri atəşə tutmağa başlayırlar. Bundan əvvəl sərhədçilərimiz təxribat xarakterli hazırlıqların getdiyi barədə məlumat vermişdilər. Xəndəklər qazmağa başladılar. Biz təcavüzə hazırlığın əlamətlərini bilirdik”, deyə o bildirib.İki ölkə arasındakı münaqişənin əsas təəssüf doğuran nüansı budur ki, dağıntıların 90 faizi Qırğızıstanın mülki infrastrukturunun payına düşüb. Tacikistanın aerodromlarına ziyan dəyməyib, Xucənddə isə körpü partladılmayıb. Əsas zərər görən tərəf Qırğızıstanın mülki sferasına aid insanlardır. Münaqişəni alovlandıran tərəf kimi isə Tacikistan tərəfə sual oluna bilər ki, Əfqanıstandan olan saqqallı tacik hərbçiləri quşçuluq fermasının sahibi qırğızı niyə öldürüblər? Yumurtayan toyuqlar silahlı taciklərə hansı təhlükə törədib?Hansı səbəbdən Taciksitan tərəfi Qırğızıstanın dinc əhalisini hədəf alır?Bu gün Qırğızıstanda həlak olanların yarıdan çoxu Tacikistan tərəfindən raket hücumlarına məruz qalan və evlərini tərk etməyə vaxt tapmayan mülki şəxslərdir. Tacikistan yalnız 40 vətəndaşının öldüyünü etiraf etdi. Baxmayaraq ki, obyektiv hesablamalara görə, qarşı tərəfədəki ölənlərin sayı 200-dən çoxdur. Bunu yuxarıda adı çəkilən M.İmankulov da təsdiqləyib.İndi Tacikistanın prezidenti İmaməli Rəhmon qonşu Əfqanıstanla döyüşə hazırlaşır. Taliban/dini radikallarla mübarizə bəhanəsi ilə o, Moskvadan daha müasir silahlar üçün yalvarıb və bununla Qərbə də yaxınlaşıb. O, bu ilin fevral ayından bu yana amerikalılardan Talibanla mübarizə adı altında rabitə vasitələri, müşahidə cihazları-gecəgörmə cihazları və döyüş sursatları alıb. Və Qırğızıstana hücumdan bir ay əvvəl o, ABŞ qüvvələri ilə birgə təlimlər keçirib. Göründüyü kimi, həm Tacikistanın, həm də Əfqanıstanın səhra komandirləri də təlimlərə inteqrasiya olunub. Okeanın o tayından Qırğızıstan Respublikasının hərbi hissələrinin yerləşdiyi ərazinin yüksək rezolyusiyaya malik peyk şəkilləri də korrektə edilib ki, bu da nə qədər qəribə olsa da, amerikapərəst QHT-lər və jurnalistlər tərəfindən təsdiqlənib. Bu gün Tacikistan tərəfinin yaydığı videogörüntülərdə Kabil hakimiyyəti artıq öz vətəndaşlarını tanıyıb. Eyni zamanda, məlumatlara görə, onların mütəxəssisləri o qədər də yüksək ixtisaslı deyillər - çünki onlar bədbəxt əsgərlərinin dükanları, məktəbləri və s. necə qarət etdiklərini və dağıtdıqlarını nümayiş etdirmək üçün yanan binaların qarşısında poza verəcək qədər "ağıllıdırlar". Ak-Sai çayı üzərindəki Qırğızıstana aid körpünün partladılması ilə bağlı videoçarxın yerləşdirilməsi isə rəsmi Düşənbənin hərbi təcavüzündə terror komponentinin olduğunu təsdiqləyən ayrıca “şedevr”dir.Tacikistan hərbçilərinin Ukrayna silahlı qüvvələri və Yaxın Şərqdə at oynadan PKK terrorçularından nümunə götürərək öz “qradlarını” və “qasırğalarını” sərhədyanı kəndlərin həyətlərində, məktəblərdə və digər mülki obyektlərdə yerləşdirməsi isə xüsusi hekayədir.
Əlbəttə, Türk Dövlətləri Təşkilatının üzv dövlətləri kimi Azərbaycanla Qırğızıstan bir-birinə bağlıdır və zamanla bu bağlar daha da möhkəmlənib müxtəlif müstəvilərə daşınacaq. Biz sovet dönəmindən bu yana 30 illik zaman ərzində erməni işğalından əziyyət çəkən xalq və dövlət kimi qardaş Qırğızıstanı və qırğız xalqını çox yaxşı anlayırıq. Sözsüz ki, bizim dəstəyimiz də qardaş qırğız xalqıyladır. Ortaya çıxan mənzərədən də görünür ki, Tacikistan hansısa qüvvələrin sifarişi ilə qonşusunun torpaqlarının işğalını gerçəkləşdirir. İnanırıq ki, Qırğızıstan bu sifarişli işğalın və ərazisinin hansısa siyasi avantyuralara alət olaraq platsdarm məqsədilə istifadəsinin qarşısını alacaq.
Ülviyyə