8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bəluc Fəallarının Kampaniyası Zahidanda İranın təhlükəsizlik qüvvələri tərəfindən ən azı 11 uşağın öldürüldüyünü açıqlayıb.İranın Sistan və Bəlucistan əyalətində insan haqları sahəsində fəaliyyət göstərən bu insan haqları təşkilatı 18 yaşdan kiçik 11 öldürülən şəxsin kimliyini müəyyən edib və adlarını açıqlayıb.Öldürülənlər arasında başından və ya döş qəfəsindən açılan atəş nəticəsində ölən iki yaşından 16 yaşa qədər uşaqlar da var.Qeyd edək ki, mərkəzi ofisi Britaniyada yerləşən Bəluç Fəalların Kampaniyası sentyabrın 30-da hökumət məmurları tərəfindən güllələnərək öldürülən şəxslərin sayının 97- nəfərə çatdığını bildirib."Qara cümə" kimi adlandırılan 30 sentyabrda hökumət qüvvələrinin dinc bəluç vətəndaşlara açdığı atəş nəticəsində daha 300 nəfər yaralanıb.