Çin Tayvana hücum edə bilər – Si Cinpindən açıqlama


Sozcu.info “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Çinin lideri Si Cinpin Tayvana qarşı bütün hücum variantlarının masada olduğunu söyləyib.

Si Tayvan probleminin həlinin Çin xalqından asılı olduğunu söyləyib. Digər tərəfdən isə Si Pekinin “gücdən istifadə eləmək hüququndan əsla vaz keçməyəcəyini, lakin sülh üçün səy göstərəcəklərini” bildirib.

Çin Kommunist Partiyasının iclasında çıxış edən Si deyib: “Ən böyük səmimiyyət və səylə sülhsevər şəkildə yenidən birləşmək ümidi üçün israr edirik. Lakin güc tətbiq eləməkdən vaz keçməklə bağlı öhdəliyimiz yoxdur. Lazım olan bütün tədbirləri görmək variantını özümüzdə saxlayırıq”.

Tayvan məsələsinin bir “Çin məsələsi” olduğunu bildirən Si bu məsələdə Çin xalqının fikrinin soruşulmasının lazım gəldiyini deyib.

“Röyters” informasiya agentliyinin verdiyi xəbərə görə, Si deyib: “Milli yenidən birləşmənin tarixi çarxları dönür və ana vətənin tam olaraq yenidən birləşməsi təmin edilməlidir”.

Çinin açıqlamasına dərhal Tayvandan cavab gəlib.

Tayvanın Prezident Ofisindən verilən açıqlamada deyilir: “Tayvanın mövqeyi sağlamdır: milli suverenlikdən geriyə addım atılmayacaq, demokratiya və azadlıq yolundan dönməyəcəyik”.




Oxşar Xəbərlər

Xəbər lenti