25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
İran öz vəsaiti hesabına Zəngəzurda tunel tikəcək.
Bu barədə noyabrın 7-də jurnalistlərə müsahibəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib. O bildirib ki, Qacaran tunelinin İranın krediti hesabına İran şirkəti tərəfindən inşa edilməsini istəyirlər.
“Sülh müqaviləsi suveren ərazinin bərpasını nəzərdə tutur.
Sünikdə (Zəngəzur) Şimal-Cənub yolunun Qacaran tunelinin tikintisi İran tərəfi ilə müzakirə olunub.
“Biz iranlı tərəfdaşlarla işləmək istəyirik. Qacaran tunelinin İranın krediti hesabına İran şirkəti tərəfindən tikilməsini istəyirik. İran şirkətləri yaxşı tunellər tikə, eləcə də yaxşı maliyyə təklifləri ilə çıxış edirlər”, – deyə Sanosyan bildirib.
O, Yuxarı Lars keçid məntəqəsindəki böyük tıxacları Rusiyanın avtomobilləri daha ətraflı yoxlamaq qərarı ilə izah edib. \\KONKRET.az