Kiyevdə məktəblərdə və uşaq bağçalarında rus dilinin tədrisi LƏĞV EDİLDİ


Kiyevdə uşaq bağçalarında və məktəblərdə rus dili tədris planından çıxarılıb. Sozcu.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bu qərarı cümə axşamı Kiyev Şəhər Şurası qəbul edib.

Onlar qeyd ediblər ki, indiki şəraitdə bu dilin öyrənilməsi yersizdir.

“Mövcud şəraitdə Kiyev şəhərinin ərazi icmasının kommunal mülkiyyətində olan məktəbəqədər və ümumi orta təhsil müəssisələrində tədris prosesinin rus dilində aparılması və rus dilinin öyrənilməsi məqsədəuyğun və düzgün deyil”, – Şuranın hesabatında deyilir.

Vasilçuk əlavə edib ki, bu, qrup və siniflərin rus dilindən dövlət dilinə keçməsinə imkan verəcək.

Təhsil və elm, ailə, gənclər və idman daimi komissiyasının rəhbəri Vadim Vasilçukun sözlərinə görə, deputatların qərarı “cəmiyyətdə gərginliyin” qarşısını almağa kömək edəcək.

konkret.az



Oxşar Xəbərlər

Xəbər lenti