8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Ukrayna prezidenti "CNN" telekanalına verdiyi müsahibəsində söylədiyi sözlərinə görə, onun oktyabrda Putinlə diplomatiyaya keçməkdən imtina ilə bağlı imzaladığı fərman Rusiya ritorikasının dəyişməsini istisna etmir.
"Mən qapını çırpmadım. Dedim ki, biz Rusiya ilə deyil, başqa bir Rusiya ilə danışmağa hazırıq. Həqiqətən sülhə hazır olan, işğalçı olduğunu etiraf etməyə hazır olan bir Rusiya ilə danışmaq istədiyimizi bildirmişik",- Zelenski bildirib.
Eyni zamanda o, ədalətin bərqərar olması üçün Ukraynanın bütün ərazilərinin, o cümlədən 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasında israrlı olduğuna işarə edib.
"Və indiyə qədər mən Rusiya Federasiyasından belə bəyanatlar eşitməmişəm - nə Putindən, nə də başqalarından. Kreml bizim danışıqlarla bağlı bəyanatlarımıza raketlərlə cavab verir. Təcavüzü və təhdidləri davam etdirən hakimiyyətlə sülh barədə danışmaq nə qədər uğurlu ola bilər?",- deyə Ukrayna prezidenti yekunlaşdırıb.
“Politico” yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Vladimir Putin dövründə Rusiya Federasiyası ilə sülh danışıqlarına dair iddia edilən yeni mövqeyi Bayden administrasiyasının yumşaq hərəkəti ilə bağlıdır.
Daha sonra Ukrayna mətbuatı bu məlumatı təkzib edib. Mənbələr əmin ediblər ki, “sülhə” meyl yoxdur.
Eyni zamanda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton Moskvanın Ukrayna ilə danışıqlarda iştiraka hazır olduğuna dair heç bir əlamət görmür. ABŞ prezidenti Co Bayden də Rusiya ilə danışıqlar məsələsinin Ukraynadan asılı olduğunu bildirib.
bizimyol.info