8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə xəstəxanaya yerləşdirilməsi xəbərinə Rusiya XİN-dən reaksiya gəlib.
Sozcu.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sergey Lavrovun xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib.
Bununla belə İndoneziya hökumətinin səhiyyə üzrə məsulları bildiriblər ki, Rusiya diplomatı Balidə kurortda müalicə olunur.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammiti üçün getdiyi İndoneziyanın Bali adasında xəstəxanaya yerləşdirilib.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrovun xəstəliyi və səhhətinin ciddiliyi ilə bağlı heç bir açıqlama verilməyib.
Musavat.com