8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Avropa ilə ABŞ arasında subsidiya müharibəsi başlasa, yeganə qalib Çin olacaq".
Musavat.com xəbər verir ki, bu maraqlı proqnoz Çexiyanın ticarət və sənaye naziri Jozef Sikela tərəfindən irəli sürülüb.
"Subsidiya yarışı çox təhlükəli bir oyundur. Belə olan halda qalib Avropa və ya ABŞ deyil, başqa qitədən ölkə olacaq", - deyə J.Sikela jurnalistlərə müsahibəsində bildirib. Onun sözçüsü Sikelanın məhz Çini nəzərdə tutduğunu açıqlayıb.
Qeyd edək ki, rəsmi Brüsseli qəzəbləndirən gəlişmə ABŞ-da elektrik avtomobilləri və bərpa olunan enerji kimi "yaşıl biznes" sahələrinə 369 milyard dollar dəyərində subsidiyalar və vergi güzəştlərini nəzərdə tutan yeni "İnflyasiyanın azaldılması aktı"nın qəbuludur.
Avropa İttifaqı ölkələri əsas müddəaları yanvarın 1-dən qüvvəyə minəcək həmin qanunun Avropadakı sərmayələrə və sənaye bazarına zərbə vuracağından ehtiyat edirlər.
Fransanın ticarət naziri Olivier Bext ABŞ-ın yerli iqtisadiyyata yatırmağa hazırlaşdığı 200 milyard dollara yaxın subsidiyanın Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu söyləyib. Onun sözlərinə görə, Avropa şirkətlərinin ABŞ şirkətləri ilə rəqabət aparması üçün Aİ məcburi tədbirlər görməlidir.
Almaniya və Fransa Aİ istehlakçılarını yerli məhsulları almağa təşviq edəcək "Avropa malını al" kampaniyasının başladılmasını müzakirə edirlər.
Musavat.com