Çində koronavirusla bağlı vəziyyət kəskinləşir


Çində ötən sutkada koronavirusa 40 052 yeni yoluxma halı aşkar olunub. Bununla da ölkədə pandemiyanın əvvəlindən yoluxma sayı ilə bağlı yeni rekord qeydə alınıb.

Sozcu.info xəbər verir ki, bu barədə məlumatı “Xinhua” agentliyi yayıb.

Yoluxanların böyük əksəriyyəti xəstəliyi simptomsuz keçirir.

Xatırladaq ki, Çin payızda koronavirusun yeni dalğası ilə üzləşib. Ölkə rəhbərliyi virusun yayılmasının qarşısını almaq üçün sərt məhdudlaşdırıcı tədbirlər görüb. Noyabrın 27-si ölkənin bir sıra bölgəsində məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}