8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, həkimlər Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyətinin ağır olduğunu bildiriblər: onda orqanizmin insan həyatı üçün təhlükəli olan dördüncü dərəcəli zəifləməsi müşahidə edilir.
TASS informasiya agentliyinin yazdığına görə, həkim Tengiza Çuladze deyib: “Xəstənin vəziyyəti xeyli ağırlaşıb. Bu, özünü çəki itkisində, koqnitiv funksiyaların zəifləməsində, polineyropatiyada, əzələ kütləsinin azalmasında, zəiflikdə göstərir. Xəstə ayağa durmaqda, ünsiyyət qurmaqda çətinlik çəkir, qızdırması var”. Onun sözlərinə görə, “gözlənilən dönməz zəifləmə prosesinin qarşısını almaq üçün təcili müasir və radikal tədbirlər görülməlidir”.
Həkimlər konsiliumu müəyyən edib ki, Saakaşvili həbs olunduğu gündən etibarən indiyə qədər 42 kq itirib və indi 73,2 kq çəkisi qalıb. Bu, artıq kaxeksiya mərhələsinə keçid deməkdir. Ekspert qrupunun rəyində deyilir: “İndiki müalicənin effekti yoxdur. Xəstəni indiki rejimdə saxlamaq olmaz. Müalicə yanaşması isə müxtəlif ağırlaşmalara qarşı reaksiya verməklə məhdudlaşır”.
Çuladze qeyd edib ki, Saakaşvilinin sağlamlığının pisləşməsi bu tempdə davam eləsə, eks-prezident cəmi bir neçə ay yaşaya bilər.